:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

12 yaşlı qızın qulağından 1000 qarışqa çıxarılıb - VİDEO

Font

Hindistanda qəribə hadisə baş verib.

Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, 12 yaşlı Şreya Darji qulaq ağrısı ilə həkimə müraciət edib. Həkimlər qəribə hal ilə üzləşiblər. Belə ki, qızın qulaq kanalında qarışqalar olduğu məlum olub. Valideynləri hər gün qızlarının qulağından 10-15 qarışqa çıxdığını bildiriblər. Onlar açıqlamasında: "Bu günə qədər qızımın qulağından 1000-ə yaxın qarışqa çıxarılıb. Qızım dərsdə oturanda da qulağından qarışqa çıxır. Bir neçə dəfə olub ki, qızım bu səbəbdən dərsə getməyib. Çox qorxuruq bu vəziyyətdən. Çox çarəsizik. Əlimizdən gələni etməyə çalışdıq. Lakin faydası olmadı. Qızımın gələcəyindən narahatam", - deyib.

Qeyd edək ki, qızın qulağından qarışqaların çıxarılması anı endoskopik kamera ilə lentə alınıb.

Həmin görüntüləri təqdim ediikr: