:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Təqaüdə çıxan polisin sevinc anları - VİDEO

Font

ABŞ-da bir polis rəisinin müavini əməlli başlı gündəm yaradıb.Yox, o, hansısa qaradəriliyə güllə atmayıb. Sadəcə təqaüdə çıxan Toni Şerb adlı asayiş keşikçisi təqaüdə çıxmasının sevincini yaşayıb. Onun bunu özünəməxsus şəkildə qeyd etməsi sosial şəbəkələrdə də geniş müzakirələrə yol açıb.

29 ildir el Paso şəhərində asayişi qoruyan Toni Şerb,karyerasına son qoyanda o qədər sevinib ki, təqaüdə çıxdığı rəsmiləşəndə elə liftin içindəcə rəqs etməyə başlayıb. Liftə digər polislərin minməsi də təqaüdə çıxan rəis müavininin kefinə soğan doğramayıb. Əksinə keçmiş işçiləri də onunla birgə rəqs etməyə başlayıblar.

Silentonun "mənə bax” adlı mahnısına özünəməxsus şəkildə rəqs edən polisin görüntüləri qısa müddətdə izlənmə rekordu vurub. Yerli mediada da xəbər başlığına çevrilən rəis müavini son vaxtlar artan polis zorakılığı fonunda asayiş keşikçilərinə qarşı etimadı bir az da olsa düzəldə bilib.

ATV.az