:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Amerika əsgərlərinin kabusuna çevrilən fantastik tunellər - FOTOLAR

Font

Vyetnamda müasir tarixin ən qanlı döyüşlərindən biri olub
Bu döyüşdə yerli xalq Amerika əsgərlərinə qarşı inanılmaz müqavimət göstərib. Sözügedən savaşdan miras qalan yeraltı tunellər, indi ölkəni ziyarət edən turistlərin məkanına çevrilib.

Söhbət 1965-1973-ci illərdə amerikalı əsgərlərə qarşı kamuflyaj və partizan hücumları üçün istifadə edilən "Cu Chi” tunelindən gedir.

Döyüş əsnasında 10 min vyetnamlınının sığına biləcəyi tunellər, yeraltı şəhəri xatırladır. Həmin sığınacaqlarda amerika əsgərlərinə hücum edən və həyatda qalan müqavimətçilər, bu gün turistlərə rəhbərlik edərək dolanışığını təmin edir.

Tunellərin digər bir maraqlı xüsusiyyəti də, axar suya çıxan qaçış qapılarının olmasıdır.

Vyetnamlıların istifadə etdiyi sığınacaqların uzunluğu 200 kilometrə çatır. Bu yer 1940-cı ildə avarlarla qazılmağa başlanılıb və 25 ilə tamamlanıb.

Tunellərin içində 1.5 metr hündürlüyündə, 3-4 metr böyüklüyündə olan otaqlar var. Bu otaqlardan mətbəx, yataqxana və emalatxana kimi istifadə edilib.

Amerikalı əsgərləri çaş-baş salan Vietkonq partizanları, uzunluğu 200 kilometrə çatan sığınacaqda yaşayıblar, cəbhədən cəbhəyə tunellərlə gediblər və basqın etdikdən sonra geri dönüblər.

Tunelləri kənardan görmək mümkün deyil, girişləri yarpaqlarla örtülüdür. Havaçəkən bacaları, qarışqa yuvalarının içinə gizlədilib. İçərini su basmasın deyə, bənd sistemləri yaradılıb.

Bir ara Amerika ordusu könüllülərdən ibarət "Tunel Siçanı" birliyini qurub. 100 nəfərlik xırda əsgərlərdən ibarət dəstə tunellərə daxil olub və partizanları orada məhv etmək istəyib. Lakin oraya girən amerikalı əsgərlər geri dönməyib və bu təşəbbüs uğursuzluqla nəticələnib.

Ağır bombardman təyyarələri bu tunelləri davamlı olaraq bombalayıblar, lakin yenə də qəti bir nəticə əldə etməyiblər.

Səthdə də tunellər arasında tələlər qurulubmuş. Tələlərin belə olmasına baxmayaraq, Amerika ordusunun ən çox itki verdiyi yer məhz bura olub.(islaminsesi.org)