:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Apple Watch” Buşu necə çaşdırdı - VİDEO

Font

ABŞ Respublikaçılar Partiyasından prezidentliyinə namizəd olmaq üçün mübarizə aparan Cebb Buş məzəli situasiya ilə üzləşib.
İKT.lent.az-ın xəbərinə görə, De-Moyn şəhərində jurnalistlərlə görüş zamanı C. Buşun qolundakı "Apple Watch” smart saatına zəng gəlib və dinamiklərdən "Salam” sözü eşidilib. Bu zaman siyasətçi çaşqınlıq yaşayıb və saatın köməyi ilə danışmaq mümkün olduğunu bilməyib. Buş jurnalistlərin duruma müdaxiləsindən sonra telefon zənginin saatdan gəldiyini anlayıb və özünü toparlayaraq zəng edən şəxsə onu daha sonra arayacağını söyləyib. "Bu, dünyada ən möhtəşəm şeydir”, - deyə o, bildirib.