:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Atanın fəryadı: "Balalarım qırılmasın bu evdə" - VİDEO

Font

Bu ailə beş ildir ki, "mavi yanacaq” üzünə həsrətdir.

Ağsu şəhəri ilə rayonun Gəgəli kəndi arasında salınmış yeni yaşayış massivində yaşayan ailə təbii qazın olmadığı evdə odun sobasından istifadə edir. Ev sahibinin sözlərinə görə bununla otaqları isitmək mümkün deyil. İndi Rüstəmovlar ailəsinin yeganə istəyi onların "mavi yanacaq”la təmin olunmasıdır.


"Ağsu rayonun qaz idarəsində bütün kəndlərdə köhnə xətlərdən sökülmüş turba var. Onlardan mən xahiş edirəm ki, mənim bu gün 600 manatım yoxdur ki, 140 metr turba alım. O köhnə turbanı gətir çək bura, mənim balalarım qırılmasın bu evdə” - deyə rayon sakini Şamo Rüstəmov bildirib.


"Azəriqaz” İstehsalat Birliyindən isə bildirilir ki, dövlət tərəfindən nəzərdə tutulmayan yaşayış massivlərinin qazlaşdırılması vətəndaşın öz vəsaiti hesabına aparılır. İstehsalat Birliyindən verilən məlumata görə, vətəndaş hər hansı podratçı şirkətlə müqavilə bağlayaraq qaz xəttini çəkdirməlidir. Məhz bundan sonra abonent "Azəriqaz” tərəfindən pulsuz sayğac və "mavi yanacaq”la təmin edilməlidir. (Region TV)