:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanlı illuziyaçı hamını heyrətləndirdi - VİDEO

Font

İlluziyaçı Şəhadət Bağırov doğma rayonu olan Şamaxıda yerli sakinləri ətrafına toplayaraq yeni nömrələr nümayiş etdirib. Belə ki, o, şüşə arxasında oturan şəxslə üz-üzə dayanıb. Onlar aradakı şüşənin varlığını isbat etməkçün əllə toxunuş da edirlər. Daha sonra Şəhadət plastik "trupka" vasitəsilə şüşənin o tayındakı adamın qarşısındakı stəkandan şirəni içməyə başlayır və bu görənləri heyrətləndirir.

2-ci nömrəsində isə illuziyaçı bir neçə salfeti şüşəyə yapışdırır və əlini şüşədən keçirir. Bu da illuziyanı canlı izləyənlərin marağına səbəb olur.

Xatırladaq ki, buna bənzər nömrələri məşhur əcnəbi illuziyaçılar da həyata keçirib və Şəhadət bununla bir növ onlara cavab vermiş olub. Həmin görüntüləri təqdim edirik: