:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bir qolu olmayan azərbaycanlı fəhlə - VİDEO

Font

"Aldığım təqaüdlə yaşaya bilmədiyim üçün tikintidə işləyirəm"

Sumqayıt şəhər sakini Bəşirov Taleh 2-ci qrup əlil olmasına baxmayaraq tikintidə fəhlə olaraq çalışır. Bizimyol.info xəbər verir ki, bir qolu olmayan Taleh əlilliyə görə 121 manat təqaüd alır. Taleh bu pulla dolana bilmədiyi üçün tikintidə çalışmaq məcburiyyətində qaldığını deyir: "Sumqayıt şəhəri 13-cü mikrorayonda yaşayıram. 2-ci qrup əliləm. Aldığım təqaüdlə yaşaya bilmədiyim üçün tikintidə işləyirəm. Ceyranbatan qəsəbəsində yarımçıq tikilmiş evim var. Maddi imkanım yaxşı olmadığına görə evi tikə bilmirəm. Sumqayıt Şəhər İcra Başçısı da çağırıb deyir ki, ola bilsin evi sökdülər. Bəs mən harada yaşayım, hara gedim? 2 övladım var. Evin tikilməsi üçün müxtəlif yerlərə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim bəyə müraciət etmişəm, amma bir müsbət nəticə olmayıb."

Yenizaman.az Bizimyol.info-ya istinadən  2-ci qrup əlilin görüntülərini təqdim edir: