:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda cizgi film qəhrəmanından qeyri-etik hərəkətlər - VİDEO

Font

Park və meydanlardakı yeni il şənliklərində iştirak edən şaxta baba və qar qız daima uşaqların maraq dairəsində olub. Son vaxtlar parklarda fəaliyyət göstərən şaxta baba və qar qızlarına cizgi film qəhrəmanları da yoldaşlıq edir. Onlar əsasən sakinlərlə şəkil çəkdirərək pul qazanırdısa, indi hamı öz telefonu ilə çəkdirir. Beləcə gəlir mənbəyindən məhrum olduğundan bu işə maraq azalır. Marağı artırmaq üçün isə cizgi film qəhrəmanlarının kostyumlarını geyinmiş şəxslər, hər yola əl atırlar. Oxuculardan birinin Bizimyol.info-ya göndərdiyi videodan məlum olur ki, marağı artırmaq və uşaqları əyləndirmək üçün rəsq edən "qəhrəman" bu dəfə qeyri-etik hərəkətləri ilə yadda qalıb. Şirvan şəhərində çəkilmiş və ətrafdakı uşaqların qarşısında qeyri-adi hərəkətlər edən həmin "qəhrəmanın" görüntülərini təqdim edirik:
bizimyol.info