:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Məşhur kafeni 200 dollara satışa çıxartdılar - VİDEO

Font

Kanadanın mərkəzində kafe sahibi olmaq üçün nə qədər pul ödəmək lazımdır? Yəqin ki, 200 dollar cavabı vermək heç kimin ağlına belə gəlməz. Lakin Shelley Krieger adlı qadın, 180 min dollar dəyəri olan kafeni məhz bu qiymətə satışa çıxarıb.
Təbii ki, bu qiymətə kafe sahibi olmaq istəyənlərin sayı həddən artıq çoxdur. Lakin bu, elə də asan məsələ deyilmiş. Məsələ burasındadır ki, Shelley Krieger "Red Brick” adı verdiyi kafeni almaq istəyənlərin qarşısında bir şərt qoyub. Müştərilər ona kafeni nə üçün almaq istədikləri ilə bağlı yazılı və ya görüntülü açıqlama verməlidirlər. Ən bəyənilən açıqlmanı edən müştəri 200 dolları ödəməklə kafenin yeni sahibi ola biləcək.
10 ildir kafe işlətdiyini deyən Shelley Krieger artıq başqa işlərlə məşğul olmaq istədiyi üçün onu satışa çıxarmaq məcburiyyətində qaldığını bildirib.
atv.az