:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İŞİD yaraqlılarının qadınlara qarşı zorakılığı - VİDEO

Font

İnternetdə İŞİD terror qruplaşmasının döyüşçüləri tərəfindən qadınlara qarşı edilən zorakılığın videosu yayılıb.

Oxu.Az xəbər verir ki, terrorçular cinsi köləlik üçün qadınları girov götürüblər.

Yaraqlılar gənc qız və qadınların ailələrindən məcburən alaraq seks köləliyinə satmağa aparırlar.

Bütün bunlar qadınların ərləri və uşaqlarının gözləri qarşısında baş verir. Terrorçular silahlıdırlar və qurbanlarının qohumlarını hədələyirlər.

Qeyd edək ki, öz qəddarlıqları ilə tanınan İŞİD yaraqlıları bunu heç vaxt gizlətməyə çalışmayıblar.

Onlar gənc qızları zorlayır, ictimai edamlar təşkil edir və bütün baş verənləri lentə alıraq sosial şəbəkələrdə paylaşırlar.