:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ruslar İŞİD-ə atılacaq raketlərin üzərinə bu sözləri yazdılar - VİDEO

Font

Rusiyanın Suriyada apardığı antiterror əməliyyatlarında iştirak edən pilotları Paris terroru və A321 təyyarəsinin qəzaya uğramasına görə İŞİD-in cavabını verib.
İnterAz Rusiya mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar iştirak edən pilotlar İŞİD-ə atdıqları raketlərin üstündə " Paris üçün", "Bizim üçün" sözlərini yazmaqla onlardan bir növ intiqam alıblar.
Rusiya müdafiə naziri pilotların raketlərin üstünü necə yazdıqlarını əks etdirən kadrları şərh edərkən bildirib ki, onlar sadəcə terrorçulara öz mesajlarını göndəriblər.
Xatırladaq ki, 13 noyabr tarixində Parisdə törədilən terror aktı zamanı 129, 31 oktyabrda Sinay yarımadasında Sankt-Peterburqa üçan A321 təyyarəsinin partladılması nəticəsində isə 224 nəfər öldürülüb.