:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Jirinovski ABŞ-ın İŞİD-dən necə istifadə etdiyini açıqladı - VİDEO

Font

Rusiya Liberal-Demokratik Partiyasının lideri Vaşinqtonun şəxsi maraqlarına görə Yaxın Şərqdə terrorçulardan istifadə etdiyinə əmin olduğunu bildirib.

RLDP-nın lideri Vladimir Jirinovski ABŞ-ın həqiqətdə İŞİD teror qruplaşmasını məhv etməyə çalışmadığını hesab edir.

Jirinovski amerikalıların bir ay ərzində Suriyada müharibəni bitirmək imkanına malik olduğunu bildirib.

Siyasətçi bunun üçün amerikalılarda bütün imkanların olduğunu qeyd edərək onların həmçinin ərazi haqqında mükəmməl bilgilərinin olmasını da vurğulayıb.

"Amerikalılar yəqin ki, İŞİD teror qruplaşmasına kömək edirdilər və edirlər. Bu terrorçu qruplaşmanın əsasını ABŞ-ın istifadə etdiyi və İraqdan atılmış iraqlı hərbi qulluqçular təşkil edir. Amerikalılar bütün hakimiyyəti şiələrə veriblər”, - deyə Jirinovski bildirib.

Vladimir Jirinovskinin fikrincə, Vaşinqtonda İŞİD terorçu qruplaşmanın obyektlərinin harada yerləşməsi haqqında xəritələr var. Amma ABŞ Rusiya pilotlarına dəqiq koordinatları verməyəcək. Siyasətçi güman edir ki, əksinə amerikalılar səhv məlumatları verə bilərlər. Buna görə Rusiyanın ABŞ-la əməkdaşlıqdan çəkinməsi daha yaxşıdır.
"Amerikalılara neftin qiymətinə təsir etmək üçün İŞİD terorçu qruplaşmasına yiyələnmək sərfəlidir.

Həmçinin Türkiyəyə, İran, Suriyaya təsir etmək və Bəşər Əsədi zəiflətmək üçün. Onlar Yaxın Şərqin dağıdılması üzrə iş görürlər ki, qaçqınlar Avropaya getməyə davam etsinlər. Beləliklə Avropa Birliyi ABŞ-nın əlində qalır”, - deyə Jirinovski bildirib.

Siyasətçi əmindir ki, bununla da Birləşmiş Ştatların planları məhdudlaşmır. O gözləyir ki, nəticədə İŞİD teror qruplaşmasının hazır ordusunu Orta Asiyaya və daha sonra Qərbi Çinə göndərsin. ANSpress