:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aybəniz Haşımovanın qızı "O səs Türkiyə"də - VİDEO

Font

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva "O səs Türkiyə” yarışmasına qatılıb.

Verilişin bu həftəki reklam çarxında görünən Aynişan münsifləri heyrətləndirib.

O, hətta münsif kürsüsündə əyləşən ifaçı Murad Bozla "Gəl ey səhər” mahnısını da duet şəklində səsləndirib. Verilişin sözügedən bölümü bu həftə yayımlanacaq.

Qeyd edək ki, "O səs Türkiyə” həftənin bazar günü, bazar ertəsi və çərşənbə axşamı TV 8 - də efirə gedir.

Musiqi yarışmasının münsif kürsüsündə Ebru Gündeş, Hadisə, Murad Boz, Gökhan və Hakan Özoğuz əyləşir.(axsam.az)