:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Elə bir libas geyindi ki... - fotolar

Font

Yanvarda oğlu Zionu dünyaya gətirən model Nikol Trunfio həyatının tamamilə dəyişdiyini deyib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı model vətəni Avstraliyanın paytaxtı Sidneydə "Elle” jurnalının təşkil etdiyi moda gecəsinə qatılıb.

Qırmızı xalıda fotokamera qarşısına keçərək şəkillər çəkdirən Nikol qara, üzəri qızılı işləməli açıq-saçıq libası ilə diqqət çəkib. Sinə dekolteli paltarın ikitərəfli dərin yarığı modeli heç də narahat etməyib. Libasını reklam edən N.Trunfio jurnalistlərə qısa müsahibəsində oğlundan da danışıb:

"Ana olmaq inanılmaz duyğudur. Sevgi, səbir və möcüzələrlə dolu olursan. Artıq bu həyatda məqsədimin nə olduğunu bilirəm”.