:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Hetafe” klubu jurnalistin yıxdığı qaçqını işə götürdü-FOTOLAR

Font

Ötən həftə Macarıstan və Serbiya sərhədində operatorun badalağ gəldiyi suriyalı futbol məşqçisi Osame Abdul Möhsen iş təklifi alıb.

Qərb KİV-ləri xəbər verir ki, iş təklifi Madriddə "Hetafe” futbol məşqçilərinin məktəbindən gəlib. Məktəb həmçinin Osame Abdul Möhsenə İspaniyada ailəsi ilə məskunlaşmağa kömək edəcək.

Möhsen artıq Münhendən Madridə gəlib.

Xatırladaq ki, Macarıstanın N1TV kanalının operatoru polisdən əlində uşaqla qaçan Möhsenə badalaq gəlib və o, yerə yıxılıb. Bu insidentin qeydə alındığı video kadrlar böyük qəzəbə səbəb olub.

Nəticədə badalaq gəlmiş Petra Laslo üzr istəyib. N1TV kanalı isə əməkdaşının hərəkətini qəbuledilməz adlandırıb və daha sonra onu işdən azad edib (oxu.az)