:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

40 yaşından sonra ana olan məşhurlar

Font

Bu gün 40 yaşında ana olan məşhurların sayı kifayət qədərdir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Monika Belluççi başda olmaqla, 40 yaşından sonra ana olan Hollivud ulduzlarını təqdim edirik:


Monika Belluçi. İlk qızını 39, ikinci qızını isə 45 yaşında dünyaya gətirib.

Holli Berri. Holli ilk övladını 42, ikinci övladını isə 47 yaşında dünyaya gətirib.

Nikol Kidman. Kit Urbanla ailəli olan aktrisa qızını 40 yaşında dünyaya gətirib. 2012-ci ildə isə o, surroqat ana vasitəsilə ikinci dəfə bu sevinci yaşayıb.

Salma Hayek. Fransalı iş adamı Fransua-Anri Pino ilə ailəli olan meksikalı aktrisanın 41 yaşı olarkən qızı valentina doğulub.
Meray Keri. Müğənninin 41 yaşı olarkən əkizləri - Marokkan və Monro dünyaya gəlib.

Selin Dion. Müğənni əkiz övladlarını 42 yaşında dünyaya gətirib.

Uma Turman. Aktrisanın 42 yaşı olarkən 3-cü övladı - qızı doğulub.

Culianna Mur. Aktrisa oğlunu 37 yaşında dünyaya gətirsə də, qızı 42 yaşı olarkən doğulub.

Qven Stefani. Müğənni 43 yaşında üçüncü oğlunu dünyaya gətirib.

Linda Yevangelista. Supermodel oğlunu 42 yaşında dünyaya gətirib.

Tina Fey. Aktrisa qızı Penelopanı 41 yaşında dünyaya gətirib.