:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dünyada kişilərin azlıq təşkil etdiyi məkanlar - fotolar+siyahı

Font

Dünyada elə məkanlar var ki, orada kişilərə ciddi şəkildə azlıq təşkil edirlər.
Müxtəlif səbəblərdən olan bu göstəricilərin olduğu məkanlar subay kişilər üçün cəlbedici sayılır.
Vətəninfo.az xəbər verir ki,Axşam.az Rusiya mediasına istinadən sizə qadınların kişilərdən çox olduğu yerlərin siyahısını təqdim edir.



Noiva du Kordeyri (Belu-Vale, Braziliya) - Bu kənddə 20-35 yaş arası 600 qadın var. Onların əsas məşğuliyyəti kənd təsərrüfatıdır. İcmadakı qadınların çoxunun ərləri və oğulları var. Ancaq onlar başqa şəhərlədə işləməyə məcbur ediliblər. Yalnız bəziləri bazar günləri buraya gələ bilir. Bir il əvvəl kəndin qadınları icmanın "Facebook" səhifəsi və yerli media vasitəsilə planetin kişilərinə Belu-Valeyə daimi köçmələri üçün müraciət ediblər. Əsas istəkləri isə, sadəcə romantik münasibət və rəsmi nikahdır...

Tuareqlər (əsasən Mali, Niger, Burkino-Faso, Əlcəzair və Liviyada yaşayırlar) - Bu qəbilədə "asri" deyilən anlayış var. "Asri" tuareqlərdə bütün azadlıqlara malik olan subay qadınlara deyilir. Onlar arasında boşanmış, dul və ya bakirə qızlar da var. Bu qadınların hörmətlərinin yüksək olması onların sevgililərinin çox olması ilə ölçülür. Tuareqlərdə qızlar heç vaxt öz istəkləri olmadan ərə verilə bilməzlər.

Şimali Marian adaları (Sakit okean) - Burada 100 qadın və 686 kişi yaşayır. 18 yaşdan 64 yaşa qədər olan qadınlar üçün sevgili və ya ər problemi yaşanır.

Kiyev (Ukrayna) - Bu şəhərin 54 faizi qadınlardır. Statistikaya görə, Kiyev dünyanın bütün subay kişiləri üçün ən əyləncəli şəhər sayılır.

Budapeşt (Macarıstan) - Bu şəhərdə də əsaslı qadınların sayı ciddi şəkildə kişilərdən çoxdur.
Rusiyada da 76 milyon kişi, 86 milyon qadın olduğu üçün "qadınların çox olduğu" ölkələrdən sayılır.
Ən böyük disbalans İvanova şəhərindədir. Hər 100 kişiyə 190 qadın düşür.
Amma bəzi ölkələrdə qadınların sayı kişilərdən çox azdır. Məsələn, Avstraliyada 130 kişiyə 100 qadın düşür. Eləcə də, Çin, Hindistan və Pakistanda disbalans bu şəkildədir.