:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Musa Ağayev: "Azərbaycanda bütün siyasi liderlər ömürlük olmaq istəyirlər"

Font

Parlament seçkiləri yaxınlaşdıqca az da olsa ölkədə siyasi canlanma hiss olunur.

Artıq müxalif gəclər "Ağ Blok", Sərdar Calaloğlunun sözlərinə görə ADP və Ümid partiyası bir yerdə "Qarabağ" bloku yaradaraq seçkilərdə iştirak edəcək. Hakim partiyanın demək olar ki, namizədlərinin böyük əksəriyyəti bəllidir. Müsavat Partiyası seçkilərə qatılacağını elan edib və namizədlərini dəqiqləşdirməklə məşğuldur. AXCP-nin isə seçkini boykot edəcəyi ilə bağlı söz-söhbətlər gəzir.
Ölkədə baş verən siyasi prosseslərlə bağlı Ölkə.az-ın suallarını "Yeni Zaman" Partiyasının sədri Musa Ağayev cavablandırıb.

- Müxalif gənclər parlament seçkisinə "Ağ Blok"la gedəcək...
- "Ağ Blok" yaranıb. Gənclər siyasi həyatda iştirak etmələri vacibdir, pessimist fikir söylmək istəmirəm, ancaq gəncləri güclü görmürəm.

- Sərdar Calaloğlu Ümid Partiyası ilə birgə "Qarabağ" blokunu yaradaraq seçkilərə qatılacaqların açıqlayıb. Bu yaranacaq blokun perspektivi var?
-Sərdar Calaloğlunun dediyi "Qarabağ" bloku, Ümid Partiyası və "125"ləri haqda onu deyə bilərəm ki, heç bir perspektiv görmürəm. Sərdar Cəlaloğlu perspektivsiz siyasətçidir və bu günə qədər də Sərdar Calaloğlunun bir uğurunu görməmişik. Ümid partiyası və onun rəhbərliyinin kimliyi hər kəsə bəllidir. O siyahılara mən də baxmışam, çox zəifdirlər. Bunlarda da hansısa bir perspektiv görmürəm. Bu da həm partiyaların zəifliyindən, həm də hakimiyyətin apardığı siyastdən irəli gəlir. Azərbaycan hakimiyyəti müxalifət görmək istəmir və yaxud müxalifətin inkişafına mane olur. Bu dəfə də kimlərsə hansısa bloklar təşkil edir, kimisə müxalifət adı ilə parlamentə salmaq istəyirlər. Bunlar başqa məsələdir. Bu Azərbaycanın gələcəyinə çox mənfi təsir göstərəcək. Azərbaycanın 20% torpaqları işğal altındadır, ancaq ölkədə nə iqtisadi, nə siyasi, nə də məhkəmə islahatları keçirilməyib. Seçkilərə 3 aydan bir qədər artıq vaxt qalıb. Seçki məcəlləsi hələ də dəyişdirilməyib.

- Siz seçkilərdə iştirak edəcəksiniz?
- 8 ilə yaxındır "Yeni Zaman" Partiyasını qeydiyyata almırlar. 3 ildir ki, bizim işimiz Avropa məhkəməsindədir. Qeydiyyat məsələsi hələ də ləngiyir. Biz hələ gözləyirik, hakimiyyət hansı addımları atacaq. Görsək ki, hakimiyət Azərbaycanın gələcəyi, özünün və xalqın naminə dəyişiklik etmək fikrindədir, ədalətli seçki keçirmək istəyir, əlbəttə seçkilərə qatılacağıq.

- Ölkədə seçki abu-havası var?
- Azərbaycanda seçki abu-havası yoxdur. Xalqımız hesab edir ki, onların əvəzinə hər şeyi həll edəcəklər. Bu da yaxşı fikir deyil. Siyasi partiyaların da fəallığı yoxdur. Siyasi partiyalar bu tendensiyanı aradan götürməlidirlər. Xalqla işləmək lazımdır və kütləyə başa salmaq lazımdır ki, sənin seçki hüququn var və bundan istifadə etməlisən.

- Bəzi partiyalar seçkini boykot edəcəyini elan edib...
- Azərbaycanda boykot taktikası düzgün seçilmir. Ona görə də, hansısa partiyanın boykotdan istifadə etməsi heç bir səmərə vermir.

- Azərbaycanda iki partiya, Müsavat və AXCP özlərini müxalif partiya adlandırır və hər ikisi də bir-birini hakimiyyətə işləməkdə suçlayırlar. Bu seçicilərə necə təsir edir?
- Azərbaycanda bir neçə il bundan əvvələ qədər AXCP və Müsavat özünü ana müxalift hesab edirdi, bu gün ölkədəki siyasi vəziyyət, onların keçirdikləri mitinqlər göstərir ki, Azərbaycanda ana müxalifət yoxdur. Ancaq bu o demək deyil ki, Azərbaycanda müxalifət yoxdur. Azərbaycanda müxalifət var, sadəcə imkan vermirlər özlərini göstərsinlər. Hakimiyyətə sərf edir ki, ölkədə ancaq ənənəvi müxalifət, Müsavat, AXCP və yaxud əldəqayırma, oyuncaq partiyalar, özlərinin parlamentə saldıqları müxalif partiya sədrləri olsun. Azərbaycanda nə hakimiyyət, nə də müxalifət yeni siyasi qüvvələrin yaranmasında maraqlı deyil.

- Azərbaycanda siyasi fiqurlar var ki, 20 ildən çoxdur partiya sədridirlər, müxalifət lideridirlər. İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Pənah Hüseynov, Sərdar Calaloğlu və.s. İnsanlar hər seçkidə eyni simaları görür. Bu özü də seçkiyə marağı azaldan səbəb ola bilər?
- Əlbəttə ki, seçkiyə maraq azaldan səbəblərdən biri də budur. Bu liderlərə çox sual veriblər ki, "niyə yeni liderlərin gəlməsini istəmirsiz?" Həmişə də cavab veriblər ki, "biz əlimizi qabağa vermişik?" Ancaq elə deyil, elə bunlar özləri imkan vermir yeni gənc liderlərin formalaşmasına. Azərbaycanda bütün siyasi liderlər ömürlük olmaq istəyirlər.


Ölkə.az