:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azis azərbaycanlı qızlarla belə rəqs etdi — VİDEO

Font

Ölkə.Az xəbər verir ki, iyulun 25-i Samir Xəttabın təşkilatçılığı ilə məşhur bolqar müğənni Azisin Bakı konserti baş tutub.

Tamaşaçılarından razı qalan Azis dəfələrlə Bakıda, Azərbaycanda olmağından məmnun olduğunu bildirib. Konsert zamanı maraqlı anlardan biri də tamaşaçılar arasında olan xanımların Azislə səhnədə rəqs etməsi olub. Azis onlardan birinin qarşısında diz çöküb.

Həmin kadrları təqdim edirik:

Xatırladaq ki, Bolqarıstanın məşhur müğənnisi Azis iyulun 24-ü saat 05:20-də Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanına enmişdi.

Qeyd edək ki, əsl adı Vasil Troyanov-Boyanov olan Azis pop-folk janrında oxuyur. O, musiqi karyerasına 1999-cu ildən başlayıb. Azis biseksualdır və bunu gizlətmir. Müğənni 2006-cı il oktyabrın 1-də oğlan sevgilisi Niki Kitaetslə qeyri-rəsmi nikaha girib. Bolqar ulduzun 2007-ci ildə keçmiş rəfiqəsi folk müğənni Qaladan Raya adlı qızı doğulub.

Xatırladaq ki, bir il öncə yerli mətbuatda Azisin Bakıda konsert proqramı ilə çıxış edəcəyi haqda xəbərlər yer almışdı.

Lakin Azis şəxsi "Facebook" profilində status yazaraq konsert barədə xəbərləri təkzib etmişdi.