:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Kasilyas Madridi göz yaşları ilə tərk etdi - VİDEO

Font

Madridin "Real” klubunun qapıçısı İker Kasilyas uzun illər şərəfini qoruduğu komandasından ayrılıb.
Məşhur qapıçı keçirdiyi mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.
İker Kasilyas mətbuat konftansında.
Təcrübəli qapıçı deyib: "Bu gün mənim üçün çox çətindir. Mən uzun illər nəinki futbolçu, həmçinin bir insan kimi yetişdiyim klubumla sağollaşıram. 25 il "Real”ın qapısını qorudum, bir çox kuboklar qazandıq. Bütün bunlardan sonra bu klubu tərk etmək mənim üçün ağırdır. Bu gün bu gözəl stadiona sizinlə vidalaşmağa gəlmişəm. Mən artıq "Real”ın futbolçusu deyiləm. Bundan sonra "Porto” forması geyinəcəm. Bir çox səbəblərə görə "Porto”ya keçirəm. Yeni klubumda mənə göstərilən etimadı doğrultmağa çalışacam””.
Qeyd edək ki, məşhur qapıçı bundan sonra Portuqaliyanın "Porto” klubunun şərəfini qoruyacaq. (anspress)