:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Prezidentlərin otaqlarını görmək istəyirsiniz? - Onda mütləq baxın! - FOTOLAR

Font

Yenizaman.az ATV.az-a istinadən sizə 10 ölkənin prezidentinin kabinetlərin şəkillərini təqdim edir:
1. Bu kabinetdə Rusiya prezidenti Vladimir Putin oturur. Kabinet çox da böyük deyil, buna baxmayaraq rahat işləmək üçün bütün şəraiti var. Divarlar palıd ağacından olan üzlüklə üzlənib. Bütün divar boyu unikal kitabların və sorğu məlumat nəşrlərinin olduğu kitab rəfi yerləşir. Rusiya prezidentinin masasının üzərində Rusiya Federasiyasının gerbi durur. İş otağının sağında Rusiyanın bayrağı, solunda prezidentin ştandartıdır.

2. Bura isə ABŞ prezidentlərinə məxsus məşhur oval kabinentdir. ABŞ prezidentləri bu otaqdan adətən televiziyada çıxışları və xarici ölkələrin rəhbərləriylə görüşləri zamanı istifadə edirlər.

3. Gördüyünüz kimi kresloda əyləşən Ukrayna prezidenti Pyotr Poroşenkodur. Prezident sahəsi 128.8 kv metr olan bu otaqlardan 3-nü istifadə edir: kabinent, köməkçinin qəbul otağı və görüşlər üçün otaq.
4. Almaniya kansleri Angela Merkelin kabineti çox sadədir. Gördüyünüz kimi o qədər də bahalı olmayan ofis masasının üzərində telefonlar, monitor, vizit vərəqələri, stolüstü lampa və qlobusvar.
5. Nigeriya prezidenti Məhəmməd Buxari andiçmədən sonra evdəki kabinentində işləyir.

6. Bura isə İran prezidentinin kabinentidir.Gördüyünüz kimi masanın üzərində kompüter və yazı ləvazimatları var. O dəqiqə bilinir ki, dövləti idarə etmək üçün İran prezidenti o qədər də yaradıcıllığından yararlanmır.

7. Argentinanın yaraşıqlı prezident xanımı Kristin Krişner mütaliəyə çox həvəslidir. Görün, masanın üzərində nə qədər kitab var.

8. Bura isə Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədovun iş kabinentidir. Görünəni budur ki, Türkmən prezidenti kağız-kuğuza o qədər də etibar etmir. Maraqlıdır, bu qədər noutbuku Qurbanqulu müəllim nə edir?

9. Yunanıstanın baş naziri Aleksis Çiprasın kabinentindəyik. Görəsən, rəfdəki kitablardan neçəsin oxuyub?

10.Bu kabinent Vyetnam prezidentinin iş otağıdır. Görünür, cənab prezident ya burda çox az-az olur, ya da onu vacib işlərdən fikrini yayındıran şeylərdən xoşu gəlmir.