:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İraqda İŞİD ekstremistləri Qurani-Kərimi təhqir ediblər - ŞOK VİDEO

Font

"İslam Dövləti" (İŞİD) terror təşkilatının silahlıları tərk etdikləri mənzillərdə Qurani-Kərim kitablarını minalayıblar.
Bizimyol.info-nun SalamNews-a istinadla verdiyi xəbərə görə, hadisə İraqın Səlahəddin əyalətində Xalq Səfərbərlik Qüvvələrinin İŞİD-in nəzarətdə saxladığı bölgəyə hücumu zamanı baş verib.
İŞİD ekstremistləri əyalətdəki mənzilləri tərk edərkən Xalq Səfərbərlik Qüvvələrinin reaksiya verəcəyini təxmin edərək, Qurani-Kərimi təhqir ediblər; onlar müqəddəs kitabın üstünə ayaqqabı qoyub, onu minalayıblar.
İraq könüllü briqadalarının mütəxəssisləri minaları aşkarlayaraq, zərərsizləşdiriblər.