:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Musa Ağayev: "Alınan qrantlar da, onların xərclənməsi də qanunla tənzimlənməlidir"

Font

Bu həftə I Avropa Oyunlarındakı nailiyyətlərimizdən başqa dogər xəbərlərlə də yadda qaldı. Bir ilə yaxındır İsveçrə səfirliyində gizlənən hüquq müdafiəçisi Emin Hüseynovun Azərbaycanı tərk etməsi və Rusiyada Moskva şəhər hökümətinin xaricdəki, habelə Azərbaycandakı rusdilli media orqanlarına maliyyə yardımı ayırması həftənin ən aktual məsələləridir.

Günündəmdəki bu məsələləri Azərbaycandakı ən populyar rusdilli media orqanlarından biri olan "Yeni Zaman" - "Novoye Vremya" qəzetlərinin və eyni adlı internet portalının təsisçisi, Yeni Zaman partiyasının sədri Musa Ağayev Ölkə.az-a verdiyi açıqlamasında şərh edib.

- Moskva şəhər hökuməti xaricdəki rusdilli KİV-lərə maliyyə yardımı üçün 12 milyon rubl ayırıb. Rus mətbuatının məlumatında bildirilir ki, yardım alacaq rusdilli KİV-lər arasında Azərbaycandakı rusdilli media orqanları var. Bəs sizə necə, yardım ediblər?

- Bu qərardan xəbərdarıq. Moskva höküməti xaricdə fəaliyyət göstərən rusdilli informasiya vasitələrinə yardımla əlaqədar olaraq biz öncədən layihə təqdim etmişik. Ancaq Moskva şəhər hökumətinin ayırdığı yardımdan bizə də düşüb-düşməyəcəyini bilmirik, gözləyirik.

- Dünən bir ilə yaxındır İsveçrə səfirliyində gizlənən hüquq müdafiəçisi Emin Hüseynovun ölkədən çıxmasına icazə verildi. Buna münasibətiniz?

- Çox yaxşı olardı ki, Azərbyacanda bütün problemlər qanuni yolla həll olunsun. Alınan qrantlar da, onların xərclənməsi də qanunla tənzimlənməlidir. Hüquq müdaifəçilərinin həbs olunmasının, mühacirət etməsinin əleyhinəyəm. Ola bilsin ki, kimlərinsə günahı var, bu qaçılmazdır, ancaq Azərbaycanda ədalətli məhkəmə sistemi qurulmalıdır. Bizim məhkəmə sistemimizi beynəlxalaq təşkilatların qəbul edib-etməməsinin əleyhinəyəm, Azərbaycanda xalqımızın maraqlarına uyğun, cəmiyyətimizin istədiyi ədalətli məhkmələr qurulmalıdır.

- Sizcə həbsdə olan digər hüquq müdafiəçilərinin də azadlığa buraxılacağı gözlənilirmi?

- Mən istəyirəm ki, bütün hüquq müdafiəçiləri azadlığa buraxılsın. Ancaq onların azadlığa buraxılıb-buraxılmaması məsələsi hökümətin qərarından asılıdır.
Ölkə.az