:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Müasir dünyadan uzaq qəbilələr-FOTOLAR

Font


Surma

Surma Efiopiyada yaşayan yerli qəbilələrdəndir. Surmalılar müasir dünyadan uzaq qalıb, öz mədəniyyətlərini qoruyub saxlayan nadir qəbilələrdən sayılır. Bu qəbilənin üzvlərini digər yerli xalqlardan ayırd etmək çox asandır. Belə ki, bu qəbilənin qadınları alt dodaqlarına böyük dairəvi lövhə yerləşdirirlər.

Huli

Hulilər Papua-Yeni Qvineyanın dağlıq ərazilərində yaşayırlar. Bu qəbilənin kişiləri düşmənlərini qorxutmaq üçün üzlərini sarı, qırmızı və ağ rənglə boyayırlar. Başlarına isə öz saçlarından hazırladıqları parikləri qoyurlar.

Qoroka

Papua-Yeni Qvineyadakı digər qəbilələr kimi qorokalılar da əkinçilik və ovçuluqla məşğul olurlar. Qoroka qəbiləsi tez-tez digər qəbilələrlə müharibələr aparır. Bu səbəbdən döyüşlərdən əvvəl boyanmağın qorokalıların mədəniyyətində böyük yeri var.

Samburu

Samburu qəbiləsi Keniyanın şimalındakı dağlıq ərazilərdə məskunlaşıb. Maldarlıqla məşğul olan samburulular daha çox köçəri həyat tərzi yaşayırlar.

Rabari

Sözün əsl mənasında ekzotik qəbilə olan Rabari artıq 1000 ildir ki, Qərbi Hindistanda məskunlaşıb. Qəbilənin əsas məşğuliyyəti heyvandarlıqdır.

Karo

Efiopiyanın Omo vadisinin sakinləri olan karolar maldarlıq və yığıcılıqla məşğul olurlar. Bu qəbilənin digərlərindən fərqləndirən cəhətləri qonaqpərvər və sülhsevər olmasıdır. (Zaman Azərbaycan)