:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Kurtlar Vadisi" qəbristanlığında 19 xanım - SİYAHI - FOTO

Font

Türkiyə ilə yanaşı, bir çox ölkədə fenomenə çevrilmiş "Kurtlar Vadisi Pusu" teleserialında yer almış aktyorlar arasında tanınmış aktrisalar və modellər də var.
Serialın özəlliklərindən biri, bəlkə də, ən önəmlisi "mərhum obraz"ların sayının çoxluğudur.
Milli.Az bildirir ki, "Kurtlar Vadisi"ndə sadəcə, əlisilahlı kişilər yox, həm də qadınlar ən müxtəlif səbəblərdən ölür, həlak olurlar.
Bəzən silah, bəzən bomba, bəzən də xəstəlikdən.
"Kurtlar Vadisi Pusu"da olmuş və ölmüş obrazları canlandırmış aktrisaların siyahısını təqdim edirik:
1. Özgü Namal. Serialın 97 seriyasında "Elif Eylül" obrazını yaratdı. Avtomobil qəzasına düşərək ayağı kəsilən Elif xəstəxanada koma vəziyyətində öldü.
2. Seray Sever. 21 seriyada oynamış Sever qumarxanaya basqın zamanı yaylım atəşində "öldü".
3. İpek Tenolcay. "Kurtlar Vadisi"nin ilk seriyasında ekranlara gələn "Nesrin Çakır" rolunu oynamış Tenolcay 108-ci seriyada qayıtdı, 173-cü seriyada avtomobil qəzasında "öldü".
4. Begüm Kütük. "Mehmet Karahanlı"nın qızı "Safiye Karahanlı" rolunu oynayan aktrisa 48-97-ci seriyalarda çəkilmişdi.
5. Qaye Gürsel. Serialda Begüm Kütükün yerinə "Safiye Karahanlı" rolunu oynamış Qaye 196-cı seriyadan "Kurtlar Vadisi"nə qatılmışdı.
6. Vildan Atasever. 33-cü seriyada başlayıb, 55-ci seriyada serialdan ayrılan Atasever "Nazlı Bekiroğlu" rolunu oynayıb. Nazlını Şehmuz zəhərləyərək öldürmüşdü.
7. Hatice Şendil. "Kurtlar Vadisi"nin 48-ci seriyasında "Ebru" rolu ilə ekranlara gələn Şendilin karyerası qısa oldu. Ebru bomba partlayışında öldürüldü.
8. Ebru Kocaağa. "Kurtlar Vadisi Pusu"nun 116-cı seriyasında "Dicle" rolu ilə qarşımıza çıxan aktrisa 160-cı seriyada "İzzet" tərəfindən boğularaq öldürüldü.
9. Didem Taslan. "Gamze" rolu ilə 21-ci seriyada çəkilişlərə başlayan aktrisanın obrazı 59-cı seriyada "öldürüldü".
10. Nefise Karatay. "Ahu" rolunda çəkilmiş Karatay 27-ci seriyada bomba partlayışında "öldü".
11. Funda İlhan. "Kurtlar Vadisi Pusu" serialının 190-cı seriyasında "Margaret Teodora" rolu ilə ekranlara çıxan aktrisanı 225-ci seriyada Mister Key "öldürdü".
12. İrem Helvacıoğlu. Seriala 196-cı seriyada "Esra Türkmen" rolu ilə qatılan Helvacıoğlunu 217-ci seriyada "Marqaret" zəhərli inyeksiya ilə "öldürdü".
13. Nermin Kurtuluş. "Fatma" rolu ilə 163-cü seriyada ekranlara gələn gözəl aktrisa 201-ci seriyada helikopterdən açılan atəş nəticəsində "qətlə yetirildi".
14. Sema Şimşek. "Kurtlar Vadisi Pusu" serialının 1-ci seriyasından etibarən "İnci Tataroğlu" rolunu oynamış aktrisa 175-ci seriyada "yoxa çıxmışdı". Yalnız 218-ci seriyada bəlli oldu ki, "İnci" qətlə yetirilib.
15. İpek Karapınar. "Kurtlar Vadisi Pusu"nun əfsanəvi obrazı "İskender"in qızı "Funda İlmen" obrazını yaratmış aktrisa 56-cı seriyada çəkilişlərə qatıldı, 87-ci seriyada yanlış atəş nəticəsində "həlak oldu".
16. Zeliha Çal. "Asu Miray Sonkan" rolu ilə "Kurtlar Vadisi Pusu"ya ilk seriyalardan qatılan Çal 76-cı seriyada dərman içərək "intihar etdi".
17. Sinem Bayer. Serialın ilk mövsümündə "Ester Hirsch" rolunu oynamağa başlayan aktrisa 36-cı seriyada "yoxa çıxıb". Aqibəti hələ də bəlli deyil.
18. Şeron Stoun. "Kurtlar Vadisi Pusu"nun 96 və 97-ci seriyalarında aktyor Endi Qarsiyanın canlandırdığı "Amon"un arvadı "Layza" rolunu oynamış Şeron Stounun da serialda aqibəti bəlli deyil.
19. Sema Öztürk. Serialda "Jülide Toros" rolunu oynamış aktrisa ilk mövsümdən sonra nəzərə çarpmayıb.