:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Son 5 ilin ən inanılmaz illüziyaları

Font

Son 5 ilin ən inanılmaz illüziyalarının siyahısı müəyyənləşdirilib. Rusların müəyyən etdiyi siyahıda maraqlı da olsa son günlərin ən dəbdə olan – ayrı-ayrı insanların gözünə müxtəlif rəınglərdə görünən görüntü birinci yerdədir. Maraqlı məqamlar var, birlikdə izləyək.

1-ci yerdə məhz son günlərin ən dəbli illüziyası – internetdə müzakirə edilmə rekordları vuran, ayrı-ayrı insanların fərqli rənglərdə gördüyü paltar şəkildir.

2-ci Kağız üzərində şəkli çəkilən kub. Elə bilirsiniz ağ kağızın üzərinə rəngli kub qoyulub? Xeyr onu çevirin - bu sadəcə şəkildir.

3. Ağ rəngdə olan bu iki parçanın fərqli olduğunu düşünürsünüz. Barmağınızı ekranda onların ikisinin birləşdiyi xəttə qoyun, görəcəksiniz ki eyni rəngdədirlər

4 – Kvadrat A-nın Kvadrat B-dən tünd olduğunu düşünürsünüz, Bu sadəcə göz aldatmasıdır. Onu kəsib A kvadratının yanına yerləşdirsəmnz eyni rəngdə olduğunu görəcəksiniz

5 Bu illüziya isə əslində şizofreniya xəstələri və narkotiklərdən güclü asılılığı olan şəxslər üzərində yoxlanılır. Bu maskanın ön tərəfində hər şey qaydasındadır. Sizcə arxa tərəfindəki görüntü bir qədər önə çıxmırmı? Əgər belədirsə demək həmin insanda problem yaradacaq heç bir şey yoxdur. Yuxarıda adı çəkilən problemlərdən əziyyət çəkənlər isə bu görüntünü arxaya batıq olaraq görürlər

6 Diqqətlə baxın. Hansı bina daha öndədir. Sağ yoxsa sol. Çoxları sağdakı deyə cavab verir amma əslində soldakı bina daha öndədir

7 Ortada yanıb sönən yaşıl nöqtəyə baxmaqda davam edin bir müddət sonra elə biləcəksiniz ki onun ətrafındakı digər yaşıl nöqtələr yoxdur. Əslində bu illüziyadır Onlar təbii ki yerindədirlər.

8 Bu şəklin ortasındakı qara nöqtəyə diqqətlə baxın. Gözünüzü ayırmayın. O rəngini dəyişəndə sizə elə gələcək ki şəkil rənglidir. Indi isə kənara baxıb yenidən şəklə qayıdın. sən demə ağ qara imiş

9. Bu pəncərə hansı tərəfə açılır. Onun açılma istiqamətini siz sadəcə düşünərək dəyişə bilərsiniz. İstəyirsiniz düşüncələrinizdə onu sağa açın istəyirsiniz sola. O sizə tabe olacaq

10. Ortadakı müsbət işarəsinə baxın və gözünüzü çəkməyin. Ətrafdakı tanınmış adamların şəkli gözünüzə əcayib və çirkin məxluqlar kimi görünəcək.

Yeri gəlmişkən bütün bu illüziyalardan insan məntiqinin yoxlanılması və psixi cəhətdən daha davamlı şəxsləri seçmək üçün istifadə olunur.//atv.az