:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İŞİD "İslama xəyanət edənlər"i edam etdi - VİDEO

Font

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı "İslama xəyanət, casusluq və şirk"də suçladığı 9 nəfərin edam videosunu yayıb.
Qara "taktiki" döyüş geyimində olan, üzləri qara maskalı İŞİD terrorçuları narıncı rəngli kombinezonlar geyindirilmiş 9 nəfəri qarşılarında diz çökdürəndən sonra onların arxasında durublar.
Diz çökmüş adamların "cinayət"ləri sadalanandan sonra maskalılar əllərindəki tapançalardan bu binəvaların başlarına atəş açaraq onları qətlə yetiriblər.
Al Arabia-ya bildirir ki, edam olunan 9 şəxs "İslama xəyanət, casusluq və şirk"lə məşğul olduqlarını "etiraf" ediblər.
Edamdan əvvəl 9 nəfərin hər biri "cinayət"lərini "etiraf" ediblər və "casusluqla islama xəyanət"lərini boyunlarına alıblar.
Videonun İraqın Mosul şəhərində çəkildiyi iddia olunur.//milli.az