:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Əlindəki qılıncla küçələrdə gəzərək İŞİD üzvlərini axtaran adam – VİDEO

Font

İraq telekanallarından biri İŞİD terror təşkilatına qarşı başladılmış əməliyyatda adı və görünüşü ilə digər əsgərlərdən fərqlənən bir adamın görüntülərini yayımlayıb. Bizimyol.info xəbər verir ki, adının Əbu Əzrail olduğu deyilən qara geyimdə, qorxunc görünüşə sahib olan şəxs, İŞİD döyüşçülərinə meydan oxuyur. Əbu Əzrail çox hissəsi azad edilmiş Tikrit şəhərinin küçələrində "qorxaqlar" deyə bağıraraq İŞİD döyüşçülərini axtarır. Əbu Əzrailin onlarla İŞİD döyüşçüsünü öldürdüyü deyilir. İraqlı şiələrdən ibarət "İmam Əli" briqadasında tabur komandiri olan bu şəxs əvvəllər universitet müəllimi olub. Qeyd edək ki, Tikrit şəhərinin çox hissəsi artıq İŞİD döyüşçülərindən təmizlənib.