:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İrina Ronaldo problemi yenə aləmi qatdı - VİDEO

Font

Top model İrina Şeyk yenə gündəmdə. Bu dəfə məşhur jurnallardan birinə verdiyi maraqlı müsahibə ilə diqqətləri öz üzərinə çəkməyi bacarıb.
Müsahibə zamanı çəkildiyi "Herakl” filmi haqqında danışan İrina Şeyk macəra filmində çoxdan çəkilmək arzusunda olduğunu və təklif gələr-gəlməz onu qəbul etdiyini bildirib. Stiv Murun "Herakl” komiksləri əsasında ekranlaşdırılan filmin rejissoru Bret Retnerdir. Ekran əsərində Herakl obrazını 42 yaşlı Amerikalı aktyor Dueyn Conson canlandırıb. İrina isə onun sevgilisi Meqara rolundadır.
Müsahibə əsnasında 29 yaşlı İrina Şeyk Kristian Ronaldo ilə bağlı da bir sıra maraqlı məqamlara toxunub. Jurnalistin "niyə ayrıldınız” sualına model verdiyi cavabla bir növ keçmiş sevgilisinə sərt ismarış göndərib.
Atv.az