:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İŞİD-dən daha bir ağlasığmaz dəhşət (VİDEO)

Font

İŞİD terror qruplaşması növbəti vəhşiliyə imza atıblar. 
ANS PRESS-in məlumatına görə, silahlılar bu dəfə İrakın Xavidca şəhərində 20 kişini öldürüb, kütləvi edamdan sonra isə onların cəsədlərini dirəklərdən asıblar.
Meyidlər asılan dirəklərin təpəsində ekstremistlərin bayrağı sancılıb. Terrorçular edamı və dirəklərdən asılmış cəsədlərin fotolarını sosial şəbəkələrdə paylaşıblar.
20 nəfərin kütləvi qətlinə səbəb edam edilənlərin onlara qarşı vuruşan yerli silahlılara qatılmaq istəməsi olub. İŞİD-çılər onların bu məqsədlərindən xəbər tutublar və digərlərinə dərs olsun deyə onları ictimai şəkildə cəzalandırıblar.
Şokedici fotolardan görünür ki, İŞİD bayrağı altında edam edilənlərin cəsədləri ayaqlarından asılıb. Dirəklər isə elektrik xəttlərinə qoşulub. İnsanların psixologiyasına mənfi təsir göstərəcəyindən ehtiyatlanıb sözügedən görüntüləri təqdim etmirik.
Öldürülənlərin şiə təriqətinə məxsus olduqları bildirilir. İŞİD-in bu vəhşiliyinə cavab olaraq şiələrdən ibarət silahlılar Youtube-a video çağırış yerləşdiriblər. Videoda danışan silahlı tezliklə İŞİD-çilərin tamamən məhv ediləcəyinə söz verir.