:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ səfirini belə vurdular - VİDEO

Font

ABŞ-ın Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Mark Lippert Seulda səhər yeməyi ziyafəti zamanı bıçaqlı şəxsin hücumuna məruz qalması barədə xəbər vermişdik. Hadisənin necə baş verməsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən video maket hazırlanıb. İnterAz olaraq olaraq sözügedən video görüntüləri sizlərə təqdim edirik. 
Qeyd edək ki, hadisə şahidlərinin sözlərinə görə, insidenti törədən 55 yaşlı şəxs sabiq silahlı Koreya Millətçi Hərəkatının üzvlərindən olub və şimalla Cənubi Koreyanın birləşməsinə çağıran şüarlar səsləndirib.

Hadisə yerində olan təhlükəsizlik qüvvələrinin əməkdaşları onu dərhal həbs ediblər. Cənubi Koreya prezidenti Park Quen-hye insidenti ABŞ-Cənubi Koreya müttəfiqliyini hədəfə almış addım kimi qiymətləndirib. ABŞ dövlət departamenti də hücumu kəskin qınayıb.