:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Polad Bülbüloğlu: "Bakıya qəhrəman şəhər statusunun verilməsi vacib ictimai-siyasi akt olardı"

Font

"Bakıya qəhrəman şəhər statusunun verilməsinə müsbət yanaşıram və bu təşəbbüsü tam dəstəkləyirəm".

Yenizaman.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "kavpolit.ru” saytına müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
Onun sözlərinə görə, Bakı şəhəri Böyük Vətən Müharibəsində qələbə üçün çox şeylər edib: "Belə bir ifadə var ki, bu, mühərrik müharibələri olub. Məlumdur ki, mühərriklər yanacaqsız işləmir. Bakı şəhəri qələbə üçün sutkada gündə 24 saat çalışıb. Bundan başqa Azərbaycandan müharibəyə 660 minə yaxın insan çağırılıb. Həmin vaxt Azərbaycanda əhalinin sayı 5 milyon olub. Ölkədə qalan qadınlar, uşaqlar istirahət bilmədən cəbhə üçün işləyiblər. Mühəndisləri neft hasil etmək lazım olduğundan saxlamışdılar, lakin bütün bunlara baxmayaraq onlar da cəbhəyə yollanmağa çalışırdılar.
Həmin bu çətin müharibə illərində yeni nəsil təyyarələri yüksək oktanlı yanacaqla təmin etmək lazım idi, kimyaçı-alim Yusif Məmmədəliyev benzinin oktan ədədini artıran xüsusi maddə icad etdi”.
Səfir qeyd edib ki, Bakıya qəhrəman şəhər statusunun verilməsi ədalətli olardı.
"Biz bu gün müxtəlif ölkələrdə yaşayırıq, lakin Bakıya qəhrəman şəhər statusunun verilməsi, cəbhə üçün gecə-gündüz çalışaraq həyatlarını itirmiş insanların xatirəsinə verilmiş hörmət olacaq. Bu daha bir xatırlatma olacaq ki, müharibəni birlikdə udmuşuq. Müharibəni təkcə ruslar deyil, Sovet İttifaqının bütün vətəndaşları udub. Ona görə də, fikrimcə, Bakıya qəhrəman şəhər statusunun verilməsi vacib ictimai-siyasi akt olardı. Qələbəyə əhəmiyyətli töhfə verənləri yad etmək çox düzgün olardı", - diplomat vurğulayıb.