:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Paltarlı pinqvinlər (FOTO)

Font

Avstraliyanın ən yaşlı sakini özü üçün maraqlı məşğuliyyət tapıb. Yenizaman.Az Anspress.com-a istinadən xəbər verir ki , 109 yaşlı kişi pinqvinlərə jaket toxuyur.
Qocalar evində yaşayan Alfred Datenin toxuma üzrə mütəxəssis olduğunu bilən iki tibb bacısı ondan kömək istəyib. Tibb bacıların xətrinə dəymək istəməyən kişi 80 illik təcrübəsini yaralı heyvanlar üçün istifadə etməyə başlayıb.
"Victoria’s Philip Island” pinqvinləri qoruma vəqfi 2013-cü ildə bu heyvanları qorumaq üçün kampaniyaya başlayıb. Dərnək heyvanlar üçün jaketlər toplamağa çalışır.
Vəqf bu yolla bala pinqvinləri neft sızıntılarından qorumaq istəyir.
Belə ki, neftlə çirkənmədən əziyyət çəkən bala pinqvinlərin tükləri bir-birinə yapışır. Buna görə onlar üşüyərək xəstələnir və tüklərin ağırlığı ilə ovlana bilmirlər.
Bu balaca pinqivinlər Avstraliya və Yeni Zellandiyaya məxsusdur. Bu kiçik pinqvinlərdən ancaq Fillip adasında qalıb. Onların ümumi sayı isə 32 mindir.