:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Britaniya şirkəti 3.5 milyon dollarlıq qızıl “iPhone 6” təqdim edib - VİDEO + FOTO

Font

Britaniyanın "Goldgenie" şirkəti "Apple" smartfonunun növbəti VIP variantını təqdim edib.
"Diamond Ecstasy Collection"dan olan 4.7 duym displeyli yeni "iPhone 6" modeli təxminən 3.5 milyon dollara başa gələcək.
Smartfonun bahalı variantından başqa, qiyməti təxminən 15.2 min dollar olan variantı da var. Şirkət müştərisi korpus üçün istədiyi materialı seçə bilər: qızıl, platin və ya çəhrayı qızıl.
Bu smartfonların tərtibatı üçün mobil telefonun kənarlarında yerləşdirilmiş briliantlardan istifadə edilir. Seçim üçün bundan başqa, digər qiymətli daşlar, o cümlədən topaz, sapfir, yaqut, tanzanit və s. təklif edilir.
Qeyd edək ki, Britaniya şirkəti tərəfindən təqdim edilən smartfonlar ən bahalı deyillər. Belə ki, ABŞ-ın "Falcon" şirkəti ötən il bahalı metaldan (platin, çəhrayı qızıl və ya 24 karatlı qızıl) ibarət çəhrayı briliantlı korpuslu "iPhone 6"nı reklam edib. Bu variantın qiyməti 48.5 milyon dollardır.