:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Kamran Ağayev türkiyəli futbol azarkeşlərinin rəğbətini belə qazandı - VİDEO

Font

Dünən Türkiyə kubokunda 1/8 final mərhələsində maraqlı anlar yaşanıb.
Millimizin üzvü Kamran Ağayevin formasını geyindiyi "Kayserispor” doğma meydanda Super Liqa təmsilçisi "Beşiktaş”ı qəbul edib.
Oyun bitəndən sonra azarkeşlərdən biri stadiona daxil olaraq Kamran Ağayev tərəfə irəliləyib, ondan əlcəklərini istəyib. Lakin mühafizəçilər azarkeşləri dərhal saxlayıblar. Bunu görən millimizin üzvü Kamran Ağayev əlcəklərini gənc oğlana hədiyyə edib və onu polisdən xilas edib.
Qeyd edək ki, milli qapıçının debütü uğurlu alınıb və "Kayserispor” 1/4 finala vəsiqə qazanıb. (oxu.az)