:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

2 milyon dollarlıq metis gözəl haqda 20 faktlar-FOTO 18+

Font

İtalyan və irland əsilli ailənin övladı olan model Emili Di Donato Nyu-Yorkda dünyaya gəlib. 17 yaşında "Request” model agentliyi ilə "Guess” markasının reklamına çəkilmək üçün müqavilə imzalayıb. 2009-cu ildən "Maybelline” markasının simasıdır. Onu tez-tez "Victoria`s Secret”in kolleksiyalarının nümayişlərində görmək olar. Ailəm.az məşhur supermodel haqda faktları təqdim edir:
1. Di Donatonun qardaşı polis, atası isə təqaüdə çıxmış yanğınsöndürəndir.
2. Uzun illər xokkey yığmasında oynayıb.
3. Evin kiçik övladıdır, ondan başqa bir qardaşı və bir bacısı var.
4. İynədən qorxur. Ona görə həkimə, xəstəxanaya çox vaxt anası ilə gedir.
5. Müğənni Beyonsun pərəstişkarıdır.
6. Həddən artıq emosional olduğunu deyir və bunu bürcü ilə əlaqələndirir.
7. Sol gözü "tənbəl”dir. Sol tərəfə tam dönmür.
8. Model olmamışdan əvvəl pizza restoranında ofisiant işləyib. Hətta model kimi fəaliyyətə başlayandan sonra da bir müddət bu işini davam etdirib.
9. 16 yaşı tamam olanda nənəsi ona 1996-cı ilin "Volkswagen Beetle” bağışlayıb. Donato bu maşını hədsiz çox sevir.
10. Valideynləri səyahəti çox xoşlayırmışlar. Modelin uşaqlığı dağa dırmaşmaqla, balıq tutmaqla, kampda gecələməklə keçib.
11. 4 il dişlərinə breket taxıb.
12. Hazırkı sərvəti 2 milyon dollardır.
13. Qaçış, yoqa, pilateslə məşğul olur.
14. Ən yaxın rəfiqəsi anasıdır.
15. Acılı yeməkləri sevmir. Ən xoşladığı yemək pizzadır.
16. Keçən il Nyu-Yorkda ilk şəxsi mənzilini alıb.
17. Yemək bişirməyi heç bacarmır.
18. Çox pis yaddaşı var.
19. Boyu 178 sm, ölçüləri 86-62-89 sm-dir.
20. Mətbuat bir müddət modelin aktyor Ceyk Cillenholla sevgili olmasını iddia edirdi. Ancaq Donato bunu nə təsdiqləyib, nə də inkar edib.