:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

SSRİ-nın ilk reklamı - Azərbaycan qarğıdalıları - VİDEO

Font

Bildiyimiz kimi sovet telekanalları darıxdırıcı reklamlar ilə dolu idi. Lakin hərdən partiya rəhbərliyinin də sovet vətəndaşlarına çatdırmalı nəyisə olub.
Bildiyimiz kimi Nikita Xruşşov dövrünün ən əsas iqtisadi məqsədlərindən biri qarğıdalı məhsullarının çoxaldılması idi. Bu sahədə Azərbaycanın bəhrəli torpaqları çoxlu qarğıdalı yetişdirilməsində müstəsna rol oynayırdı.
Azərbaycanda yetişdirilən qarğıdalılarının oxuduqları, sovet dövrünün ilk reklamını- "qarğıdalı operettası"nı təqdim edirik.
Məlumdur ki, 1953-64-cü illərdə SSRİ-nin birinci katibi işləyən Xruşşov ölkənin kənd təsərrüfatınının xilasını qarğıdalı sahələrinin artırılmasında görürdü. Reklamda gördüyünüz kimi qarğıdalı və konservalardan hətta tort belə hazırlanması təklif edilir. Sovet ailələrinin tutumlu və ucuz qarğıdalı ilə qidalanması, ABŞ-la silah yarışında nəhəng hərbi xərclərin bir az da artırılmasına yol açırdı.
Xruşyov hətta Sibirin soyuq çöllərində qarğıdalı sahələri yetişdirmək kimi fantastik təklif irəli sürmüşdü. Lakin onun qarğıdalı sevgisini hələ ki, qarğıdalı üçün münbit olan isti Azərbaycan sahələri doldura bilirdi.