:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Milyonlarla kişinin qısqandığı azərbaycanlı (FOTO)

Font

Onun adını çoxları dünya operasının ulduzu Anna Netrebko ilə birlikdə olduqdan sonra eşitdi.
Tenor səsə malik 37 yaşlı Yusif Eyvazov Bakı Dövlət Konservatoriyasının məzunudur. Daha sonra o məşhur opera ifaçılarından – o cümlədən Luçano Pavarottidən ustad dərsləri alıb. 2009-cu ilin aprelində Bakıda ilk solo konsertini verən Yusif bir il sonra Moskvada Böyük Teatrda "Kavaradossi” obrazı ilə debüt edib.
Moskvadakı Böyük Teatrda, Milandakı Teatro Verdinin səhnəsində çıxışlar edib. Romanın "Teatro dell’Opera di Roma” teatrının səhnəsində Yusif və Anna birlikdə "Manon Lescaut”u ifa ediblər.
Ipek.Az Anspress.com-a istinadən xəbər verir ki , azərbaycanlı tenor sadə ailədə anadan olub. Onun anası Bakı məktəblərindən birində biologiya müəlliməsi olub.
Tenor 20 yaşında Milana gedib. İlk illər onun üçün elə də asan olmayıb.
Uzun müddət onun qəlbi boş olub. Lakin Anna ilə görüşdən sonra hər şey dəyişib. Onun sözlərinə görə, bu görüşdən sonra ikinci yarısını tapdığını anlayıb. Eyvazov opera ifaçısının 6 yaşlı ilə də dostlaşa bilib. Müğənninin ailəsi də onların birlikdəliklərindən razıdır. İndi hamı cütlüyün toyunu gözləyir.
ANS PRESS tenorun sevgililər günü ərəfəsində "Komsomolskaya pravda”ya verdiyi müsahibəsini təqdim edir.
- Yusif, milyonlarla kişi sizi qısqanır. Çünki Anna planetin ən gözəl qadınlarından biridir.
- Mən bilirəm. Əgər o milyonlar bilsəydilər ki, Anna necə qayğıkeş, incə, mehribandır daha çox qısqanardılar. Ondan daha yaxşı həyat yoldaşı tapmaq olmaz.
- Anna ilə necə tanış olmusunuz?
- İlk dəfə Roma operasında məşqlərdə görüşdük. Bu bir il öncə, Müqəddəs Valentin günündən bir həftə qabaq olub. O zaman nə o, nə də mən bu günü qeyd edirdik. Bu bizim ilk Sevgililər günümüzdür. Onu necə qeyd edəcəyimiz isə sirrdir.
- İndi pərəstişkarlarınız toy gözləyir…
- Toy barədə onu deyə bilərəm ki, toy mütləq Sankt Peterburqda olacaq. Çünki Anna bu şəhərdə tələbəlik illərini keçirib və oranı çox sevir. Bu şəhər – çox gözəldir və bizim romantik hekayəmizin tarixçəsini gözəl əks etdirə bilər.
Sevgililər günü ərəfəsində mən sizin vasitənizlə Annanı təbrik etmək istəyirəm. Həyatım, səni çox sevirəm! Sən mənim həyatımın ən önəmli melodiyasısan. Səni həyat yoldaşım kimi təqdim edəcəyim günü arzulayıram!