:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bu qadın dünyanın ən nəhəng uşağını dünyaya gətirdi - VİDEO

Font

ABŞ-ın Florida ştatının Tampa şəhərində yaşayan bir qadın dünyaya nəhəng uşaq gətirib. Maksandra Fordun qeysəriyyə əməliyyatı olmadan dünyaya gətirdiyi uşağın çəkisi 6.5 kq-dır.
ATVxəbər.az bildirir ki, uşağın bu qədər böyük olması bir yana, məsələ burasındadır ki, amerikalı qadın ana olacağını hamiləliyinin 35-ci həftəsində öyrənib. Buna qədər bətnindəki uşaqdan xəbərsiz olan Maksandra övladının bu qədər ağır gələcəyini təsəvvürünə belə sığışdıra bilmədiyini deyir.
Uşağın atası isə hələ də şokdan ayıla bilmir. Deyir ki, bu vaxta qədər 6.5 kq ağırlığında olan çox uşaq görüb. Amma onların hamısı ya 5, ya da 6 aylıq uşaq olub. Yeni doğulan körpənin iştahı da elə özü kimi böyükdür. Ailəsi onu hər 3 saatdan bir qidalandırmalı olur, onun hər dəfə yediyi südün miqdarı isə normal uşaqların yediyindən iki dəfə çoxdur.


atvxeber.az