:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda ana fəryadı: O, oğlunun meyitini qəbiristanlıqdan çıxara bilmir - VİDEO

Font

Bakıxanov qəsəbəsi sakini Tünzalə Qasımova uzun müddətdir vəfat etmiş oğlunun meyitini kimsəsizlər qəbirstanlığından təhvil almaq istəsə də buna nail ola bilmir.
ANS TV-nin məlumatına görə, Tünzalə xanımın oğlu Vüqar Qasımov 2014-cü ilin sentyabır ayının 2-də yaşadığı Ramana qəsəbəsindən Razin qəsəbəsinə gedərkən yolda 6 sərnişinlə birlikdə qəzaya düşərək dünyasını dəyişib.
Amma digər 5 nəfərdən fərqli olaraq Vüqarın üzərində sənədlərin yoxluğu onun kimliyini naməlum saxlayıb. Nəticədə tibbi ekspertizadan kimsəsiz kimi morqa göndərilib. Bir müddətdən sonra isə kimsəsizlər qəbirstanlığında dəfn edilib.
Tünzalə Qasımovanın sözlərinə görə, o uzun müddət oğlunu axtarıb. Hətta Suraxanı rayon 14 polis bölməsinə onun itkin düşməsilə bağlı müraciət də edib. Amma axtarışlar nəticəsiz qalıb. Yalnız oktyabır ayında onlara oğlunun qəzada ölməsi ilə bağlı məlumat verilib. Ailə də morqda oğlunun şəkillərinə baxıb kimliyini təsdiq edib.
İndi Tünzalə Qasımova oğlunu kimsəsizlər qəbirstanlığından çıxararaq öz ata-baba yerində basdırmaq istəsə də buna icazə verilmədiyini bildirir.
"Polislər yazdı, tibbi ekpertiza cavab verdi ki, uşaq sağlam olub, yalnız qəza zamanı dünyasını dəyişib. Amma buna baxmayaraq çıxrmağa icazə vermədilər. Səbəb kimi epidemiya olması ehtimalı göstərilir. Bildirdim ki, mənim uşağım sağlam idi və 6 gündür basdırılıb. Bu müddət ərzində nə baş verə bilər?” – deyə mərhumun anası bildirir.
Məsələ ilə bağlı Suraxanı Rayon Gigiyena və Epidemalogiya Mərkəzindən bildirdilər ki, Tünzalə xanım onlara dəfələrlə bu barədə müraciət edib və ona bunun qanuni baxımdan hələ ki, mümkünsüz olduğu bildirilib.
Mərkəzin Kommunal Gigiyena bölməsinin müdiri Mətanət Sultanova sözlərinə görə, qüvvədə olan sanitar qaydalara əsasən hər hansı bir cəsədin dəfn olunduğu andan - qumsal və gilli torpaqlarada üç ildən tez çıxarılmasına icazə verilmir. Orda cürümə və mineralaşma proseslərinə görə infeksiyon xəstəliklərinin yayılmaması məqsədilə. Bu da ötən ilin sentyabr ayının 3-də yol qəzasında həlak olub. Bu səblərdən də biz həmin şəxsə cəsədini çıxarılmasına icazə verə bilmədik”.
Eyni zamanda qurumdan bildirdilər ki, əgər Tünzalə xanım vaxtından əvvəl cəsədin çıxarılmasını istəyirsə, mütləq prakurorluq və məhkəmədən buna rəsmi icazə almalıdır.
Hüquqşünasların sözlərinə görə, mövcud qanunvericiliyə görə, Tünzalə xanımın istəyi həm tibbi, həm də qanuni baxımından Gigiyena və Epidemalogiya Mərkəzinin verdiyi qərara əsasən yalnız bir ildən sonra həyata keçə bilər.
"Meyti hansı ərazidə dəfn edəcəklərsə, həmin ərazidə olan qəbirstanlıq nəzarətçisindən arayış gətirməlidir. Həqiqətən də həmin meytin həmin qəbirstanlıqda dəfn olunması ilə bağlı heç bir problem mövcud deyil. Və həmin meyit həmin qəbirstanlıqda dəfn edilə bilər. Hər iki arayış olduqda sonra artıq meytin bir ərazidə çıxarıb digər bir ərazidə dəfn edilməsinə icazə verilir”- deyə hüquqşünas Müzəffər Baxışov vurğulayıb.
İndi Tünzalə xanım ya rəsmi icazə almağa çalışmalı ya da sadəcə 6 ay da səbr edərək gözləməlidir.