:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İŞİD-dən misilsiz saxtakarlıq - FOTO

Font

İŞİD terror qruplaşmasının saxtakarlığını əks etdirən foto şəkillər yayılıb. ANS PRESS-in məlumatına görə, qruplaşmaya aid saytlarda yayılmış fotolarda BMT tərəfindən bölgəyə göndərilən humanitar yardım paketlərinin İŞİD loqosu ilə yerlilərə paylandığı görünür.
"Əl Ərəbiyyə”nin xəbərinə görə, BMT Dünya Ərzaq Proqramının (UNWFP) layihəsi olan yardım qutularının üstünə "İslam Dövləti Zəkat Palatası” yazılıb. Qutulara sonradan yapışdırılmış yazılarla qruplaşma üzvləri "Allah adına” misilsiz saxtakarlığa yol verir və qarət etdiyi ərzaq məhsullarını suriyalılara zəkat kimi paylayır.
Qruplaşma üzvlərinin "yardım” kimi payladığı bu ərzaq paketlərini hardan əldə etdiyi isə hələlik bilinmir.
BMT Dünya Ərzaq Proqramının yerli kordinatoru Muhannad Hani bildirib ki, qurum İŞİD-in bu hərəkətini kəskin pisləyir. Hani, foto şəkillərlə bağlı istintaq başladıldığını deyib.