:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiyada bir qrup kişi azərbaycanlını döydü - VİDEO

Font

Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində (Rusiya Federasiyası) bir qrup kişi azərbaycanlını döyüb.
Oxu.Az xəbər verir ki, münaqişə Sipaylovoda "Korso” bazarı yaxınlığında baş verib.
"Polisə "Lada Priora” maşınının sürücüsü olan azərbaycanlı müraciət edərək bildirib ki, yolda yaranmış münaqişə zamanı avtomobilin yan şüşəsi sınıb.
Hazırda bu faktla bağlı yoxlamalar aparılır, baş vermiş hadisənin səbəbləri müəyyən edilir,” – deyə DİN-nin Ufa şəhər idarəsinin mətbuat xidmətinin rəhbəri Timur Çanışev deyib.
Qeyd edək ki, digər avtomobilin videoregistratoru davanaı çəkib və görüntülür internetdə yerləşdirilib. Şəbəkədə video ilə bağlı qızğın mübahisələr gedib. Xüsusən də, istifadəçilər videoregistratorun sahibini ittiham edirlər ki, o, münaqişəyə müdaxilə etməyərək onu yalnız çəkib.