:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avtomobilə təyyarə mühərriki qoşularsa - VİDEO

Font

Dünya miqyasında heç bir avtomobil şirkəti təyyarədən sürətli maşın istehsal etmək iddiasında deyil. Amma bəşər övladının əlində belə görünür mümkünsüz heç nə yoxdur. Amerikalı macərapərəstlərin ağır texnikaya təyyarə mühərriki qoşmasından sonra bu dəfə daha bir adrenalin həvəskarı öz yük avtomobilinə ildırım sürəti qazandırıb.
Baxmayaraq ki Missuri ştatında yaşayan 65 yaşlı Niil Darnelin əyləncə yaşı çoxdan keçib, bununla belə o, öz pikap avtomobilinə döyüş təyyarəsinin mühərriki qoşmaqla adrenalin zövqünü yaşayır. Bu mühərrik adi halda o qədər də çox sürət yığmayan avtomobilə birdən birə 12 min at gücü qazandırıb və bu qüvvə, yük avtomobilinə saatda 600 km-dən çox sürət yığmağa imkan verir.
Avtomobil sınaq mərhələsindən üzü ağ çıxıb.
Təyyarədən sürətlə hərəkət edən yük avtomobilinə sahib olmağa çalışanlar çox olsa da, Niil Darnel sevimli sürət avtomobilini satmaqdan imtina edib. Bununla belə yaşlı adrenalin həvəskarı gələcəkdə bu cür avtomobil sifarişlərini qəbul edə biləcəyini də gizlətmir. Qeyd edək ki, təyyarə mühərrikli yük avtomobilinin hazırlanması da külli miqdarda vəsait tələb edir. (atvxeber.az)