:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rekordlar Kitabı 2014-cü ilin ən böyük nailiyyətini açıqladı - VİDEO

Font

Ginnesin Rekordlar Kitabının müəllifləri 2014-cü ilin ən böyük nailiyyətini açıqlayıblar. Bu barədə nəşrin rəsmi saytında xəbər verilib. Qələbə, şüşə probkalarından çəllək formasında nəhəng mozaika hazırlayan Rusiya-Fransa komandasına çatıb.
Kompozisiya 150 kvadratmetr sahəni tutur. Onun yaradılması üçün 285 min probka və 270 kiloqram yapışqan istifadə edilib.
"Nəhəng çəllək” adını alan mozaikada qədim yunan allahları, Sankt-Peterburq və Bordo təsvir edilib. 2014-cü ilin yayında bu əsər fransız şəhərinin sahilində hər il keçirilən ənənəvi şərab festivalında təqdim edilmişdi. Mozaikanın müəllifləri rusiyalı Sergey Sidorov və Fransa vətəndaşı Elvira Qazizova olub.
İlin ən böyük nailiyyəti Ginnesin Rekordlar Kitabının saytında aparılan səsverməyə əsasən müəyyən edilir. "Nəhəng çəllək”dən başqa, Portuqaliya, ABŞ və Yaponiya sakinləri tərəfindən qeyd edilmiş rekordlar da daxil edilib. Sonra isə səsvermə iştirakçıları qalibi müəyyən ediblər.(oxu.az)