:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Suriayada qaçırılan italiyalı qızların videosu yayıldı - VİDEO

Font

İŞİD terror qruplaşmasının ötən il iyulun 31-də qaçırdığı yardım fəali italyan iki gənc qızın videosu yayılıb. Xeyriyyə təşkilatının üzvləri Qretta Ramelli (Greta Ramelli) və Vanesa Marzullo (Vanessa Marzullo) 2014-cü ilin iyun ayında Suriyada qaçırılıblar.
Məlumata görə, qızlar İtaliya hakimiyyətinə müraciət edərək kömək istəyiblər:
"Biz böyük təhlükədəyik. Bizi hər an öldürə bilərlər. Xahiş edirik bizi Milad bayramına qədər xilas edin”.
Qeyd olunur ki, sözügedən videonu 17 dekabr 2014-cü ildə ərəb jurnalist çəkib. /qafqazinfo/