:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ronaldo UEFA prezidentini saymadı - VİDEO

Font

Mərakeşdə keçirilən klublar arası dünya çempionatı başa çatıb.
Həlledici görüşdə Madrid "Real”ı ilə Argentinanın "San-Lorenso” klubu ilə qarşılaşıb. Sözügedən matçda Avropa təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə klublar arası dünya çempionu olub.
Qarşılaşmadan sonra klubların mükafatlandırılma mərasimi təşkil olunub. FIFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini də mərasimdə iştirak edib. Burada bir məqam diqqətdən qaçmayıb. Beləki, "Real"ın və Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo medalını almağa gələrkən Platininin əlini sıxmaqdan imtina edib.
Onun niyə bu cür addım atdığı qısa zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. (Sport7.az)