:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ana körpəsini yemək istedi

Font

Çində yaşanan bir ağlasığmaz hadisə bütün dünyanı şoka salıb.
Bir ana doğumdan bir-neçə gün sonra körpəsinin qolunu yemək istəyib. Şok olan tibb bacıları Li Zenghua adlı 24 yaşlı qadının dişlərinin körpənin qoluna batdığını görüblər. Tibb bacısı körpəni xilas etməyə çalışsa da buna nail ola bilməyib. Bundan sonra həyəcan siqnalı verib. Həkimlər qadının ağzını açmaq üçün güclü sakitləşdirici iynə vurublar.
Çinin Guangdong bölgəsi Şenzendə yaşanan hadisə ilə bağlı verilən açıqlamada bildirilir ki, həmin qadın doğuma 2-3 gün qalmış küçəyə atılıb. Xəstəxanaya aparılan qadının yaxınları ilə əlaqə saxlamaq istənilib. Lakin tibb bacıları heç bir əlaqə saxlaya bilməyiblər.
Hazırda körpənin sağlamlıq vəziyyəti yaxşı olduğu da yayılan məlumatlar sırasındadır: "Həqiqətən şok edicidir. Körpənin qolu olduqca pis yaralanmışdı. Dişləmə nəticəsində yalnız yara yox, qanama da var. Həkimlər qadının ağzına bir cisim yerləşdirərək dişlərin birləşməsini maneə törədən sonra qadına sakitləşdirici vurulub".
Polisdən edilən açıqlamada qadının qayınanası tərəfindən "qəribə davranışları səbəbiylə" küçəyə atıldığı bildirlib. (anspress)