:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Barak Obamanın ilk avtomobili

Font

Bütün kişilər kimi, Barak Obamanın da uşaqlıqdan avtomobilə qarşı marağı böyük olub.
ABŞ mətbu orqanlarından birinə verdiyi müsahibə zamanı Barak Obama bildirib ki, ilk avtomobili ona atasından qalan maşın olub: "Mənim ilk avtomobilim əvvəllər atamın maşını olmuş Ford Granada olub”
Obamanın sözlərinə görə, hal hazırda Ford Motors Co. avtomobil istehsalçısının kifayət qədər yaxşı maşınları olmasına baxmayaraq, Granada Ford markasının ən yaxşı modellərindən hesab olunmurdu.
"Avtomobil kifayət qədər ecazkar deyildi, və düşünmürəm ki, o zaman qızlar Ford Granada modelindən həzz alırdı”, deyə Obama bildirib.
"Ford Granada macəra maşını deyildi, lakin, o öz funksiyasını yerinə yetirirdi. O vaxtlar gözüm önünə gəlir, xatırlayıram ki, ilk avtomobilim məni heç vaxt çətin vəziyyətdə qoymayıb, hara getmək lazım olurdusa rahatlıqla sürüb gedirdim”, deyə ABŞ prezidenti barak Obama bildirib.