:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Orxan Zeynalovun məhbus görüntüləri yayıldı - Video

Font

Rusiya Ali Məhkəməsi Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirləndirilərək 17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan Zeynalovun apellyasiya şikayətinə baxıb. Məhkəmə Zeynalovun günahkar olduğuna qərar verib.
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Ali Məhkəmədə baş tutan açıq iclasa Orxan Zeynalov həbsxanadan video bağlantıyla qatılıb. Onun üzünün tüklü olması və olduqca sakit davranışı diqqət çəkirdi. Amma iclas açıq olsa da Orxan Zeynalovın çıxışı zamanı mətbuat nümayəndələri zaldan çıxarıldı. Yalnız onun video müraciəti bitdikdən sonra jurnalistlərə müşahidələrini davam etdirməyə icazə verildi.
Məhkəmə prosesində Yeqor Şerbakovun atası və Orxan Zeynalovun vəkili Abbasmirzə Abdullayev də iştirak edirdi. İki saata yaxın davam edən prosesdən sonra hakim bu cinayətlə bağlı son qərarı açıqladı. Zeynalovun apellyasiya şikayəti təmin edilmədi. 17 illik həbs cəzası və Şerbakovun ailəsinə 3 mln. rubl təzminat ödənilməsi barədə hökm qüvvədə qaldı.
Orxan Zeynalovun vəkili Abbasmirzə Abdullayev: "Məhkəmə qərarını verdi. Bunu qeyd etmək istəyirəm ki, Orxan Zeynalov bu qərara qarşı artıq bundan sonra etiraz etməyi düşünmür. Biz vəkillər olaraq həqiqətin ortaya çıxması üçün əlimizdən gələni etdik. Hər şeyin Rusiya qanunlarına görə həll edilməsinə çalışdıq”.
2013-cü il oktyabrın 10-da Qərbi Biryulevo rayonunda baş vermiş qətl hadisəsi yerli əhalinin ayağa qalxmasına və qafqazlılar əleyhinə etiraz aksiyaları keçirilməsinə səbəb olmuşdu. Nəticədə Rusiya hüquq-mühafizə orqanları 400-ə yaxın adamı həbs etmişdi.