:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Amerikada polislər 12 yaşlı oğlanı belə güllələdilər

Font

ABŞ-ın Oqayo ştatının Klivlend şəhərinin polisi polislər tərəfindən 12-yaşlı oğlanın öldürülməsi səhnəsinin əks olunduğu videonu yayıb.
Bazar günü Klivlendə uşaq meydançasında oyanayərkən polislərin atəş açdığı uşaq vəfat edib.
Asayiş keşikçiləri uşağın əlində tapança ilə hədə-qorxu gəlməsi barədə xəbərdən sonra hadisə yerinə gəliblər. İki dəfə uşağa atəş açıblar, uşağın əlindəki tapança oyuncaq tapança çıxıb, bu barədə çağırış zamanı polislərə məlumat verilmişdi.
"Bu özünə bəraət qazandırmaq cəhdi deyil. Bu cəmiyyətə kimin isə səhv hərəkət etdiyini göstərmək demək deyil. Cəmiyyətimzin kiçik vətəndaşı həyatını itirdi – bu faciədir. İki zabit... sadəcə heç kimin eytmək istəmədiyini etməli idilər”, - Klivlend polisinin rəhbərinin müavini Edvard Tomba brifinqdə bildirib.
Videoda oğlanın belində tapanca ilə gəzməsi, skamyada oturması, tapança ilə oynaması və onu yoldan keçənlərə tuşlaması görünür.
Bir neçə saniyə sonra polis maşını gəlir və 12 yaşlı Tamir Rays güllələnir.
Bu vaxt ərzində polislər oğlandan üç dəfə "əllərini göstərməyi” istəyiblər.
Polis idarəsi Raysı güllələyən zabitlərin adını açıqlayıb bu – 26 yaşlı Timoti lehmann və 46 yaşlı Frenk Qarmbekdir.
Bu ABŞ-da polisin yeniyetməyə atəş açdığı ilk hal deyil. Başqa bir insidentin nəticəsində Ferqüsonda 18 yaşlı Maykl Braun həlak olub. Bazar ertəsi məhkəmə onu güllələyən polis Darren Uilsonu cinayət məsuliyyətindən azad edib. Bu qərarın nəticəsi olaraq ABŞ-da etiraz aksiyaları başlayıb.